Ukrayna müharibəsi Qazaxıstana da sıçradı: 700 vətəndaş barəsində cinayət işi

Qazaxıstan 2025-ci ildə Ukrayna müharibəsində Rusiyanın tərəfində döyüşən təxminən 700 vətəndaşı barəsində cinayət işi açıb.

Sherg.az xəbər verir ki, bu, ölkə tarixində bu mövzuda ən genişmiqyaslı hüquqi prosesdir. Məhkəmələrdə şəxsin muzdlu dəstədə və ya Rusiya ordusunda xidmət etməsi fərq etmir - hamısı “xarici silahlı münaqişədə iştirak” maddəsi ilə mühakimə olunur.

Əksər hallarda cəza 4,5–5 il həbs, ağır hallarda isə ömürlük həbs nəzərdə tutulur. İşlərin kəskin artmasına Ukraynanın Rusiyanın tərəfində döyüşən 1 200 Qazaxıstan vətəndaşının adlarını açıqlaması səbəb olub. Rəsmi Astana bu prosesi milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir.