Ukrayna Rusiya ərazisindəki hərbi hissəyə və neft emalı zavoduna zərbələr endirib

Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Krasnodar vilayətindəki Afip neft emalı zavodu və Slavyansk-Kuban şəhərindəki hərbi hissəyə zərbələr endirib.

APA “strana.best” portalına istinadən xəbər verir ki, nəticədə hərbi hissədə yanğın başlayıb.

Volqoqradda yerləşən “Surovikino” dəmiryolu stansiyası da PUA zərbələrinə məruz qalıb.