Rusiyada partlayıcı maddələrin istehsalı üçün konsentratlar istehsal edən kimya zavoduna dron hücumu nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bildirib.
Anoxin zavoda hücumdan sonra vilayətdə təxliyə elan oluna biləcəyini qeyd edib.
Qubernator vəziyyətin nəticələrini qiymətləndirmək üçün aidiyyəti qurumların mütəxəssislərinin cəlb ediləcəyini vurğulayıb.
***
10:36
Rusiyanın Smolensk vilayətində zavoda dron hücumu nəticəsində ən azı 4 nəfər ölüb.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, PUA hücumu səhər saat 6:00 radələrində zavodun yerləşdiyi Dorogobujski rayonunda baş verib.
Dörd nəfər həlak olub, onlardan üçü xilasedicidir. Daha dörd nəfər ağır xəsarətlərlə vilayət xəstəxanasına yerləşdirilib.
Yanğınsöndürənlər hadisə yerində yanğını söndürməyə davam edirlər.
Ümumilikdə, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin ötən gecə ölkədə 69 Ukrayna dronunun hücumunu dəf etdiyi bildirilib.
PUA-lardan 14-nün Smolensk vilayətində vurulduğu qeyd olunub.