
Ukrayna savaşı yaxın dönəmdə bitməyəcək: Putin Trampı dəfələrlə aldatmağı bacarır
Yusif Nəzərli
05:40 29.10.2025
Dünya
406
Trampın səhv taktikasına görə Kreml Ağ Evi manipulyasiya edir
"Ukrayna sülh danışıqlarına hazırdır, amma ilkin şərt kimi Rusiyanın tələb etdiyi ərazilərdən çəkilməyəcək". Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Zelenski danışıqların Rusiya və Belarusdan başqa istənilən yerdə keçirilməsinin əleyhinə olmadığını bildirib. O, danışıqların Macarıstanda keçirilməsinə qarşı olmadığını da əlavə edib: "Biz geriyə heç bir addım atmayacağıq və dövlətimizin heç bir hissəsini tərk etməyəcəyik". Zelenski vurğulayıb ki, Avropa İttifaqı Ukraynaya 2-3 il ərzində davamlı maliyyə dəstəyi göstərməyi planlaşdırır: "Ukrayna hələ bir neçə il müharibəyə hazırdır. Biz onilliklər boyu döyüşməyəcəyik, amma siz müəyyən müddət ərzində Ukraynanı stabil maliyyə baxımından dəstəkləyə biləcəyinizi göstərməlisiniz. Buna görə onların proqramı 2-3 il üçün nəzərdə tutulub". Ukrayna rəhbəri əlavə edib ki, müharibə daha tez bitə bilər, lakin bərpa işləri və hərbçilərin maaşlarının ödənilməsi üçün maliyyə vəsaitlərinə ehtiyac var: "Rusiya Prezidenti Vladimir Putinin gələcək davranışı qeyri-müəyyəndir, buna görə də tərəfdaşlardan davamlı dəstək təminatı vacibdir". O bildirib ki, bu dəstək Ukraynanın dondurulmuş rus aktivlərindən maliyyələşdirilə bilər və bu vəsait ya silah almağa, ya da bərpa işlərinə yönəldiləcək: "Əgər müharibə bir ay ərzində bitərsə, bu vəsaiti bərpa işlərinə xərcləyəcəyik. Əgər bir az gecikərsə, o zaman silah almağa yönəldəcəyik. Başqa çıxış yolumuz yoxdur". Zelenski onu da bildirib ki, Ukrayna ABŞ-dən "Tomahavk" raketləri alsa, onlardan dərhal istifadə etmək məcburiyyətində qalmayacaq: "Söhbət yalnız "Tomahavk"dan getmir. ABŞ-də öyrənmək üçün çox vaxt tələb etməyən bir çox oxşar şeylər var. Putin danışıqların rədd edilməsinin Rusiyanın enerji obyektlərini təhdid etdiyini başa düşsə, danışmağa daha çox meyilli olacaq. Məncə, Putinlə işləməyin yeganə yolu təzyiqdir". Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Ukraynanı öz qanadı altına alan Avropa uzun müddət ona dəstək verməli olacaq. Onun sözlərinə görə, Kiyev "pul dilənməyi" və onu xərcləməyi elə yaxşı bilir ki, sonradan heç bir iz tapılmasın: "Ukrayna hakimiyyəti bu təcrübəni uzun müddət - bir deyil, iki deyil, üç il də davam etdirəcək".
Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, Rusiya-Ukrayna savaşının yaxın dönəmdə bitməsi inandırıcı görünmür. Ekspert vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın savaşa yönəlik siyasəti qətiyyən effektiv deyil:

"Xüsusən, müşahidələr onu göstərir ki, Trampın müharibə ilə bağlı mövqeyi yanlış faktorlar üzərindən qurulub. Ağ Ev rəhbərini Ukraynanın taleyi ümumiyyətlə maraqlandırmır. Tramp yeganə hədəf kimi savaşın dayandırılmasını, atəşkəsin əldə olunmasını, Ukraynanın təbii sərvətlərinin istismarını istəyir. Eyni zamanda Rusiya ilə iqtisadi-ticari münasibətlərin yeni şərtlər daxilində qurulmasını hədəfləyir. Ona görə də, ABŞ prezidentinin Ukrayna ilə bağlı yürütdüyü siyasət effektiv nəticələr vermir. Kreml də Trampın hədəfləri və planları barədə məlumatlı olduğuna görə, Rusiyanın siyasi dairələri Ukrayna savaşı ilə prosesi manipulyasiya etməyi bacarırlar".
Siyasi şərhçiyə görə, Trampın sülh çağırışları, atəşkəs təşəbbüsləri Rusiyanın konkret sərt şərtləri ilə qarşılanır:
"Rusiya elə şərtlər irəli sürür ki, onlar qəbul edilərsə, o zaman həm atəşkəs, həm sülh sazişi Kiyev və Qərb üçün kapitulyasiya mahiyyəti daşıyacaq. Proses onu göstərir ki, Tramp yanlış taktika seçdiyinə görə, Kreml Ağ Evi dəfələrlə çətin vəziyyətə salmağı bacarır. Hətta Putinin Trampı davamlı olaraq aldatması bir vərdişə çevrilib. ABŞ rəhbəri mövqeyini, yanaşmasını dəyişməzsə, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edilməzsə, Ukraynaya daha uzaqmənzilli raket sistemləri verməzsə, indiki situasiya uzun müddət davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya