Ukrayna Tatarıstana hücum etdi

Ukrayna Hərbi Hava Qüvvələri gecə saatlarında Tatarıstanda (Rusiya) Kaleykino neft nasos stansiyasına PUA-larla zərbə endirib. Hücumdan sonra stansiyada güclü yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Qeyd edilib ki, Kaleykino Rusiyanın əsas neft nasos stansiyalarından biridir. Stansiya xam neftin birbaşa “Drujba” neft kəmərinə vurulmasını və Tatarstandakı neft emalı zavodlarına davamlı təchizat təmin edir.