Ukrayna üçün elə bir təhlükəsizlik zəmanəti hazırlanır ki...

Dünyada təhlükəsizliyin ən yaxşı zəmanəti Şimali Atlantika Alyansına (NATO) üzvlükdür.

Axar.az xəbər verir ki, bunu amerikalı diplomat Kurt Volker deyib.

“Dünyada təhlükəsizliyin ən yaxşı zəmanəti NATO üzvlüyüdür. Putin heç vaxt Alyansın üzvü olan ölkəyə hücum etməyib və açıq şəkildə onun çəkindirici təsirini qəbul edir. Eyni zamanda, Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və gələcəkdə bu imkanı birdəfəlik bağlaya biləcək addımlar atmamaq son dərəcə vacibdir. Hazırda məqsədəuyğun olan yol bu mövzunu sadəcə qaldırmamaq və onun hələlik nəzərdən keçirilmədiyini əsas götürməkdir”, – o bildirib.

Diplomat eyni zamanda qeyd edib ki, bunun əvəzinə təhlükəsizlik zəmanətlərinin ekvivalent modeli müzakirə olunur:

“Söhbət 5-ci maddəyə yaxın olan zəmanətlərdən gedir; yəni Ukraynaya qarşı hər hansı yeni hücum ABŞ-la birlikdə bu təhlükəsizlik sazişinə qoşulan bütün ölkələrin kollektiv hərbi cavabı ilə müşayiət olunacaq”.

Volkerin sözlərinə görə, hazırda məhz bu çərçivə müzakirə predmetidir.