Ukrayna üçün Pokrovsk niyə belə önəmlidir?

Ukraynalı müdafiəçilər Pokrovsk şəhərində vuruşmağa davam edirlər, çünki bu qərar strateji xarakter daşıyır.

Axar.az xəbər verir ki, bunu “Anna Kiyevskaya” adına 155-ci mexanikləşdirilmiş briqadanın nümayəndəsi Artyom Pribilnov bildirib.

Onun sözlərinə görə, Pokrovskdan geri çəkilmək hakim yüksəkliklərin itirilməsi demək olar:

“Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri şəhərin şimal hissəsinə nəzarət edir və işğalçıların cənub istiqamətində irəliləmək cəhdlərini bloklayırlar. Düşmən bunu anladıqdan sonra Ukrayna hərbçilərinin logistikasını kəsmək məqsədilə şəhərin qərb hissəsinə çıxmağa çalışır, lakin hazırda bu hücumların da qarşısı alınır.

Strateji qərar qəbul edilib — Pokrovskda qalmaq. Çünki dediyim kimi, Pokrovsk hakim yüksəklikdir. Pokrovskdan geri çəkilmək isə çox uzun bir yol deməkdir. Ondan sonra yalnız açıq sahələr (tarlalar) başlayır. Ən yaxın şəhər isə Dobropillyadır. Bu da təxminən 20–30 kilometr məsafədədir”.