Ukraynadakı münaqişənin həlli üçün Qərbin yaratdığı böhranın əsas səbəbləri aradan qaldırılmalı və təhlükəsizlik üçün yaranmış təhdidlər ləğv edilməlidir.
Sherg.az xəbər verir ki, bu barədə "RİA Novosti"-yə Rusiya XİN-in MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Poliçuk bildirib.
“Qərbin iştirakı ilə formalaşdırılmış böhranın ilkin səbəblərinin kökündən aradan qaldırılması, eləcə də onun doğurduğu təhlükəsizlik təhdidlərinin ləğvi tələb olunur”, - deyə o vurğulayıb.
Poliçukun sözlərinə görə, “Ukrayna öz dövlətçiliyinin ilkin əsaslarına qayıtmalı, bloklara qoşulmayan, neytral və nüvə silahından azad statusu bərpa etməli, etnik rusların, rusdilli vətəndaşların və milli azlıqların dil və dini hüquq və azadlıqlarına riayət olunmasını təmin etməli, həmçinin neonasist ideologiyadan imtina etməlidir”.