Ukrayna Xersona hücum etdi

Ukrayna ordusu işğal altındakı Xerson bölgəsinə kütləvi pilotsuz təyyarə hücumu həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə bölgənin qubernatoru Vladimir Saldo özünün Telegram kanalında bildirib.

"Hücum hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilir. Bütün təcili yardım və kommunal xidmətlər hazır vəziyyətə gətirilib" - məlumatda qeyd olunur.

Dekabrın 30-da Ukrayna Silahlı Qüvvələri (UAH) Zaporojye bölgəsində elektrik şəbəkəsinə 20-dən çox zərbə endirib və nəticədə əksər yaşayış məntəqələri elektrik enerjisindən məhrum olub.