Ukraynada döyüşən koreyalı əsgər: Elə bilirdik ki...

Ukraynada əsir düşən Şimali Koreya hərbçiləri Cənubi Koreyaya qarşı müharibə apardıqlarını düşünüblər.

Sherg.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.

İfadə verən koreyalı əsirlər – 21 yaşlı Pek və 26 yaşlı Ri ələ keçdikləri təqdirdə intihar etmələri barədə təlimatlandırıldıqlarını deyiblər.

Onlar bildiriblər ki, Cənubi Koreyaya qarşı müharibədə iştirak etdiklərini düşünüblər, Ukrayna savaşından əsir düşdükdən sonra xəbər tutublar.

Onlar Kiyevdə xəstəxanada müalicə alırlar.