Ukraynanın Ali Baş Komandanı: Rusiyanın Odessa planını pozduq

“Rusiyanın 2025-ci ildə Xerson vilayətinin sağ sahilini işğal etmək və Odessa vilayətinə çıxmaq planları puça çıxarılıb”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-polkovnik Aleksandr Sırski deyib.

“Təcavüzkar Rusiya müharibəni Ukraynanın darmadağın edilməsi ilə başa çatdırmaq, güc mövqeyindən bizə öz şərtlərini diktə etmək istəyirdi. Donetsk, Luqansk və Zaporojye vilayətlərinin qalan əraziləri, Xerson vilayətinin sağ sahilini ələ keçirməyə çalışırdı, həmçinin bizi dənizə çıxışdan məhrum etmək üçün Odessaya çıxmaq niyyətində idi”, - o bildirib.

General-polkovnikin sözlərinə görə, Ukraynanın ordusu Rusiyanın bu və digər planlarını pozub, onu dəfələrlə əvvəlcədən planlaşdırılmış əməliyyatları təxirə salmağa məcbur edib.