Ukraynanın Baş naziri Yuliya Sviridenko enerji sahəsində göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.
Teleqraf xəbər verir ki, Yuliya Sviridenko “Telegram” səhifəsində Azərbaycan, Slovakiya və Çexiyadan göndərilən enerji avadanlıqlarının yaxın günlərdə Ukraynaya çatdırılacağını bildirib.
“Bütün tərəfdaşlarımıza davamlı dəstəyə görə təşəkkür edirik. Yardımlar Ukrayna evlərində istilik və enerji təchizatının bərpasına, həmçinin Rusiya qüvvələrinin intensiv atəşləri nəticəsində zərər görmüş enerji obyektlərinin yenidən qurulmasına imkan verəcək" - Baş nazir bildirib.