Ukraynaya ən çox silah verən ölkələr...

Almaniya, Niderland və Norveç ABŞ-ın PURL (Prioritet Ehtiyaclar Siyahısı) təşəbbüsü çərçivəsində Ukraynaya silah tədarükündə ən çox töhfə verən ölkələr olub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker deyib.

Onun sözlərinə görə, Almaniya, Niderland və Norveç Ukrayna üçün Amerika silahlarının ən aktiv alıcılarına çevriliblər.

Bundan əvvəl Uitaker bildirib ki, Vaşinqton sülh müqaviləsi imzalanana qədər Ukraynaya silah verəcək.