Ukraynaya hərbi kontingentlər göndərilməlidir - Conson

Böyük Britaniya və müttəfiqləri qısa müddətdə Ukraynaya qeyri-döyüş hərbi kontingentləri göndərməlidir.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson bildirib.

Conson qeyd edib ki, belə bir addım Rusiyanın da hərbi fəaliyyətinə təsir göstərə bilər:

“Əgər müttəfiqlərin mümkün atəşkəsdən sonra qoşun yeritmək planı artıq varsa, belə addımı sonraya saxlamağa heç bir səbəb yoxdur”.