Amerikalı milyarder və investor Uorren Baffet Berkshire Hathaway şirkətinin səhmlərini dörd xeyriyyə fonduna bağışlayıb. SHERG.AZ xəbər verir ki, bağışlanan səhmlərin ümumi dəyəri 5,5 milyard dollar təşkil edir.
Baffet bildirib ki, xeyirxahlıq heç bir xərc tələb etməsə də, əvəzsiz dəyərə malikdir və zamanla mürəkkəb faiz prinsipi kimi təsir göstərir.
Səhmlərin böyük hissəsi mərhum həyat yoldaşı Syuzan Tompson Baffetin adını daşıyan fonda, qalan hissəsi isə övladlarının xeyriyyə fondlarına veriləcək.
Qeyd edək ki, daha əvvəl amerikalı iş adamı Qrem Uoker şirkətini satdıqdan sonra əldə olunan gəlirin 240 milyon dollarını əməkdaşlar arasında mükafat şəklində bölüşdürüb.