USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır
Yusif Nəzərli
16:04 02.02.2025
Dünya
351
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) internet saytı Donald Tramp administrasiyasının yardım proqramlarını dondurması fonunda fəaliyyətini dayandırıb.
APA xəbər verir ki, CNN-in məlumatına görə, sayt heç bir izahat verilmədən şənbə günü, fevralın 1-də ləğv edilib.
Konqresdəki demokratlar Trampın USAID-i müstəqil agentlik kimi dayandırıb Dövlət Departamentinə ötürə biləcəyindən narahatdırlar. Onlar israr edirlər ki, respublikaçıların agentliyi dağıtmaq üçün qanuni səlahiyyəti yoxdur. Kanal qeyd edir ki, agentlik Konqres tərəfindən maliyyələşdirilir və onun işi milli təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir.
USAID-in X sosial media hesabı da artıq əlçatan deyil. Agentliyin səhifəsində "Bu hesab mövcud deyil" deyilir.
Qeyd edək ki, inauqurasiya günü Tramp 40-dan çox sərəncam imzalayıb. Bunlardan biri də USAID-in beynəlxalq yardım proqramlarını 90 gün müddətinə dondurmaqla bağlı olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya