
USAİD tarix olur: Qurumun ləğvi ABŞ-nin beynəlxalq arenadakı statusunun möhkəmləndirəcək
Yusif Nəzərli
11:21 11.06.2025
Dünya
345
Tramp administrasiyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) üzrə xaricdəki bütün nümayəndəlikləri 30 sentyabradək ləğv edəcək. “The Guardian“ bildirir ki, ötən gün dövlət katibi Marko Rubio agentliyin bütün beynəlxalq işçi heyətinin ləğv edilməsini və xarici yardım proqramlarının idarəçiliyinin birbaşa Dövlət Departamentinə verilməsinə göstəriş verib. Bu göstəriş dünyada yüzlərlə USAID əməkdaşına, o cümlədən xarici xidmət məmurlarına, podratçılara və 100-dən çox ölkədə yerli işçilərə şamil edilir. ABŞ səfirliklərinin missiya rəhbərlərinə dörd ay ərzində genişmiqyaslı dəyişikliklərə hazırlaşmaları tapşırılıb. Daxili sənəddə prosedurların sadələşdirilməsi fonunda USAID-da bütün xarici vəzifələrinin ləğv edildiyi və 15 iyundan etibarən əvvəllər USAID-in həyata keçirdiyi xarici yardım proqramlarına cavabdehliyin birbaşa Dövlət Departamentinə ötürüldüyü bildirilir.
Politoloq Sultan Zahidov Sherg.az-a bildirib ki, ötən gün ABŞ Dövlət Katibi Marko Rubio USAID ilə bağlı mühüm qərar verdi:

“Bu qərara əsasən, sentyabrın 30-na qədər USAID-in bütün xaricdəki fəaliyyətləri ləğv ediləcək, təxminən 10 min əməkdaşı işdən azad olunacaq. Eyni zamanda, USAID-in indiyədək öz üzərinə götürdüyü funksiyalar, o cümlədən xarici ölkələrə yardımını birbaşa Dövlət Departamenti tərəfindən icra olunacaq. Bu qərar, əslində, bir neçə mühüm məqamı özündə ehtiva edir. Donald Tramp hakimiyyətə gəldikdən sonra USAID-in üzərində ciddi nəzarət mexanizmləri tətbiq olunmağa başlanıldı. Qurumun bəzi əməkdaşları vəzifədən azad edildı, onun fəaliyyətinə ayrılan maliyyə vəsaitləri isə donduruldu. Tramp administrasiyası hesab edirdi ki, USAID ABŞ dövlətinə fayda vermək əvəzinə daha çox ziyan vuran bir qurumdur. Uzun illər ərzində xarici ölkələrə böyük məbləğlərdə ianələr edən bu qurumun fəaliyyəti, nəticə etibarilə, dövlət büdcəsinə yük olub, ölkəyə isə real fayda gətirməyib. Bu yardımlar əsasən ABŞ vətəndaşlarının vergiləri hesabına maliyyələşdirilirdi. Bu səbəbdən də USAID-in fəaliyyətinin dayandırılması Tramp administrasiyasının prioritet istiqamətlərindən biri idi. Digər tərəfdən, qurum ABŞ daxilində bir növ dövlət daxilində dövləti xatırladırdı. Belə ki, bir çox əməliyyatlarını Dövlət Departamentindən gizli şəkildə həyata keçirirdi. Müxtəlif ölkələrdə çevrilişlərin maliyyələşdirilməsi, ABŞ maraqlarına uyğun şəxslərin dəstəklənməsi və digər dövlətlərdə qeyri-qanuni layihələrin icrası kimi fəaliyyətlər USAID-in adının hallandığı məsələlər sırasında idi. Bu baxımdan hesab olunur ki, USAID bəzən Dövlət Departamentinin səlahiyyətlərini mənimsəyərək özbaşına və səlahiyyəti aşan addımlar atıb. Nəticədə isə bu cür fəaliyyətlər ABŞ ilə həmin ölkələr arasında münasibətlərin pisləşməsinə səbəb yaradıb. Hazırda Cənubi Qafqazda USAID-in demək olar ki, mövcud olmamasının əsas səbəblərindən biri də məhz budur. Yalnız Cənubi Qafqazda deyil, Şərqi Avropa ölkələrində, Hindistanda, Orta Şərqdə və digər bölgələrdə də USAID-lə bağlı ciddi narazılıqlar mövcuddur. Bu qurum əslində ABŞ-nin milli maraqlarına deyil, özünün müəyyən etdiyi prioritetlərə uyğun hərəkət etdiyi üçün sonda Vaşinqton tərəfindən “qara siyahıya” salındı. Bununla yanaşı, qurumun xarici ölkələrin daxili işlərinə fəal müdaxiləsi ABŞ-nin həmin ölkələr qarşısında beynəlxalq nüfuzuna da mənfi təsir göstərirdi. Müxtəlif ölkələrdə inqilabların və çevrilişlərin dəstəklənməsi beynəlxalq hüququn fundamental prinsiplərindən biri olan “daxili işlərə qarışmamaq” prinsipinin pozulması deməkdir. USAID-in fəaliyyətində bu hallar kifayət qədər müşahidə olunur. Bütün bu səbəblər nəzərə alındıqda, USAID-in ləğvi ABŞ-nin beynəlxalq arenadakı statusunun möhkəmlənməsinə, ölkə daxilində isə şəffaflığın və maliyyə resurslarının daha səmərəli xərclənməsinə xidmət edən bir addım kimi qiymətləndirilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil