ÜST: Dünyada koronavirusa yoluxanların sayı 88 mindən çox artıb
19:26 11.05.2020
Dünya
644
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 88 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 88 891 nəfər yeni koronavirusa yoluxub, 4 531 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 4 006 257 nəfərə, ölənlərin isə 278 892 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 731 606 yoluxma və 156 603 ölüm halı. Avropa regionunda sutka ərzində 23 660 yoluxma halı, 1 051 ölüm halı qeydə alınıb.
İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada yoluxanların sayı 1 702 451, ölənlərin sayı isə 101 874 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 265 164 yoluxma və 8 013 ölüm halı qeydə alınıb.
Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (1 271 645), İspaniyada (224 390), Rusiyada (221 344), Böyük Britaniyada (219 187), İtaliyada (219 070), Almaniyada (169 575), Braziliyada (155 939), Türkiyədə (138 657), Fransada (137 073) və İranda (107 603) qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm