Valentino moda evinin qurucusu italyan dizayner Valentino Klemente Ludoviko Garavani 93 yaşında vəfat edib.
APA xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, dizaynerin dəfn mərasimi 23 yanvar cümə günü keçiriləcək.
11 may 1932-ci ildə İtaliyanın Voghera şəhərində anadan olan Valentino Garavani yaradıcılıq karyerasına Parisdə başlayıb.
Orada o, peşəkar təhsil alıb, məşhur moda dizaynerləri Jan Dessais və Qay Laroşun atelyelərində çalışıb.
Vətəninə qayıdan dizayner 1958-ci ildə Romada öz dərzilik studiyasını açıb.