Vatikan Papanın nəşi ilə selfi çəkilməməsini xahiş edib

Vatikan rəsmiləri Müqəddəs Pyotr bazilikasında vidalaşmaq üçün qoyulan Papanın nəşi ilə selfi çəkilməməsi üçün ziyarətçilərə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

130 mindən çox insan papa ilə vidalaşmaq üçün Müqəddəs Pyotr bazilikasının qarşısınd anövbəyə dayanıb. Bəzi ziyarətçilər isə telefonlarını qaldıraraq Papanın cənazəsi ilə selfi çəkdiriblər.

Papa aprelin 26-sında yerli vaxtla 10.00-da dəfn olunacaq.