Venesuela ABŞ-ın Nikolas Maduronu həbs etməsini alqışlayan jurnalistlərə və vətəndaşlara qarşı repressiyalara başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Nəşrin media işçiləri həmkarlar ittifaqlarına istinadla yaydığı məlumata görə, 11 xarici jurnalist daxil olmaqla, 14 jurnalist saxlanılıb:
“Bundan əlavə, "kolektivos" adlanan silahlı qruplar Karakasa yerləşdirilərək şəhərdə nəzarət məntəqələri qurublar. Nəzarət məntəqələrində vətəndaşların telefonları da yoxlanılır”.