Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər - CNN

ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməmək ehtimalını ciddi şəkildə nəzərdən keçirir.

Sherg.az xəbər verir ki, bu barədə CNN telekanalı Vensin yaxın ətrafına və müşavirlərinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Vensin siyasi gələcəyi ilə bağlı hələ yekun qərarı yoxdur. Vitse-prezident Donald Trampın tərəfdarları hərəkatı daxilindəki fikir ayrılıqlarından, İranla münaqişənin nəticələrindən və ailəsinə daha çox vaxt ayırmaq zərurətindən narahatdır.

Bununla belə, Vensin prezidentliyə namizədliyini irəli sürməsi ehtimalı da gündəmdə qalır. Onun bəzi müttəfiqləri vitse-prezidentin seçkilərdə iştirak etmək qərarına gələcəyini düşünürlər.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 7 noyabr 2028-ci ildə keçiriləcək. Cey Di Vens və dövlət katibi Marko Rubio mümkün namizədlər sırasında göstərilir.