ABŞ-nin vitse-prezidenti JD Vens 2028-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyinə dair yekun qərarını yeni ildən sonra verəcək.
Sherg.az xəbər verir ki, bu barədə “Axios” nəşrinə danışan anonim mənbələr məlumat veriblər.
Mənbələrin iddiasına görə, Vens namizədlik məsələsində tərəddüd edir və bu barədə həyat yoldaşı Uşa və ailəsi ilə məsləhətləşir. Onun qərarını açıqlaması gələn ilin yazının sonuna qədər uzana bilər.
Bildirilir ki, vitse-prezident namizədliyini erkən elan etməklə diqqəti Donald Trampdan yayındırmaq istəmir.
Vensə yaxın şəxslər isə Respublikaçıların aralıq seçkilərdəki məğlubiyyətinin onun partiyanın əsas namizədi mövqeyinə təsir etmədiyini iddia edirlər.