ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranın yüksək səviyyəli təhlükəsizlik rəsmisi ilə birbaşa danışıqlar aparma ehtimalını nəzərdən keçirir.
Sherg.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp danışıqlar prosesinin yenidən başladılmasını Vensə həvalə etməyə hazır olduğunu bildirib və ona müvafiq səlahiyyətlər verib. Tərəflər arasında mümkün görüşlə bağlı müzakirələrin isə hələ ilkin mərhələdə olduğu qeyd edilir.
Vens daha əvvəl İranla münaqişəni Respublikaçılar Partiyasının noyabr aralıq seçkilərində məğlubiyyətinin əsas səbəbi adlandırmışdı.