Vəziyyət dəyişib: ABŞ kosmosda "super güc" statusunu itirir – Rəqabət !
Fidan Həmişəyeva
11:47 21.01.2021
Dünya
728
“İllərdir Çin, Rusiya və ABŞ arasında kosmos üzərində yarışma gedir”
Pentaqon rəhbərliyinə namizəd olan Lloyd Ostin bildirib ki, Rusiya və Çin ABŞ-ın kosmosdakı maraqlarına ciddi təhlükə yaradır. Onun sözlərinə görə, kosmos böyük güclərin rəqabət meydanıdır: “Çin və Rusiyanın kosmosda fəaliyyəti ABŞ-ın təhlükəsizlik sahəsində milli maraqları üçün ciddi və artan təhlükə təşkil edir”.
General həmçinin Rusiyanı ABŞ-ın kosmosdakı əsas rəqibi adlandırıb.
Məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq İlqar Vəlizadənin sözlərinə görə, artıq bir neçə ildir ki, Çin, Rusiya və ABŞ arasında kosmos üzərində yarışma gedir:
“Mübarizə müxtəlif texnologiyaların kosmosda istifadə olunması, kosmosda orbitlərdən istifadə, müxtəlif avadanlıqların istehsalı ilə bağlıdır.
Bəzi hallarda bu ölkələr orbitlərdən istifadə məsələsi üzrə mübahisə aparırlar.
Çin son illərdə kosmik proqramlarının tətbiqini sürətləndirib. Bunlar peyklərin buraxılması, tədqiqat məqsədilə uzunmüddətli uçuşların tətbiq edilməsi ilə bağlı proqramlardır.
Vaxtilə Çinin imkanları yox idi, Rusiya zəifləmişdi, ABŞ isə kosmosda supergüc ölkə idi. İndi isə vəziyyət dəyişib. Bu da müəyyən dərəcədə rəqabət yaradır. Yəni Amerika Çin və Rusiya ilə potensial baxımından işləyə bilsə də, bunu etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat