Viktor Orban: Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsinin bitməsini istəmir

“Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsinin davam etməsini istəyir”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Əsas Avropa ölkələri Ukraynadakı müharibənin davam etməsini istəyirlər. Brüssel sülh istəmir, ən azı Ukraynada. Problem də bundadır”, - o bildirib.

Viktor Orban əlavə edib ki, Avropa İttifaqı müharibənin davam etməsi üçün əlindən gələni edir.