Volodin: Ukraynaya nüvə silahlarının verilməsi cinayətdir

“Fransa və Böyük Britaniya bu cür silahları Ukraynaya ötürmək qərarına gəlsə, nüvə silahlarının yayılmaması haqqında müqavilələri pozacaq və cinayət törədəcəklər”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Spiker qeyd edib ki, Fransa və Böyük Britaniya rəhbərliyinin belə məsələlərin müzakirə etməsinin özü qəbuledilməzdir.

“Bu, beynəlxalq hüquq və bütün müqavilələrə əsaslanan yayılmama müqavilələrinin pozulmasıdır. Bu, cinayətdir”, - Volodin əlavə edib.

Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edir ki, Fransa və Böyük Britaniya Ukraynaya nüvə silahının çatdırılması üçün fəal şəkildə çalışır.