Serbiya Prezidenti Aleksandar Vuçiç Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Axar.az xəbər verir ki, ölkə lideri təcili iclası "beynəlxalq siyasi arenada görünməmiş cinayətlər" səbəbindən çağırıb.
Bildirilir ki, iclas yanvarın 4-də səhər saatlarında Prezident Administrasiyasının binasında keçiriləcək.