Vuçiç: Ukraynanın Aİ-yə üzvlüyü sülh planının bir hissəsi ola bilər

Serbiya prezidenti Aleksandar Vuçiç Ukraynadakı münaqişənin nizamlanması üzrə mümkün sülh planının ölkənin 1 yanvar 2027-ci ildən Avropa İttifaqına (Aİ) üzv olmasını da əhatə edə biləcəyini deyib.

Teleqraf xəbər verir ki, onun sözlərini “Veçernye novosti” qəzeti yayıb.

Vuçiçin sözlərinə görə, Serbiya Avropa yolunda irəliləyir və Aİ daxilində bir sıra məsələlər üzrə fikir ayrılıqları mövcuddur. O qeyd edib ki, əgər sülh planı Rusiya və Ukrayna tərəfindən həyata keçirilərsə, bu sənəd yalnız iki tərəfi deyil, həm də beynəlxalq ictimaiyyətin müəyyən hissəsini əhatə edəcək.

“Planlardan biri Ukraynanın 1 yanvar 2027-ci ildən Aİ üzvü olmasını nəzərdə tutur. Əgər gələcəkdə qətllərin qarşısını almaq istəyirlərsə, Ukrayna Aİ-də olmalıdır. Lakin Aİ-yə üzv bəzi dövlətlər bununla razılaşmayacaq”, - deyə Vuçiç hökumət iclasında bildirib.