Xamenei Fərəh Pəhləvinin hüzurunda

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı Fərəh Pəhləvinin əks olunduğu foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, 1974-cü ilə aid fotoda iranlı din xadimi Əhməd Cənnəti, hazırki ali dini lider Əli Xamenei, eləcə də digərlərinin Fərəh Pəhləvinin qarşısında təzim etdiyi görünür.

Şahbanunun əlini öpən Əhməd Cənnətidir, görüşmək üçün əl uzadan isə Xamenei.