"Oğulumun vəziyyəti çox pis idi. Allah qarşımıza türkləri çıxardı. Oğulumun müalicəsini öhdələrinə götürdülər. Çox şükr oğulum artıq hərəkət edir, yemək yeyir".
Xəstəxanaya gətiriləndə cəmi 35 kilo idi: Türkiyənin sayəsində ayağa qalxdı - FOTOLAR
12:35 30.12.2020
Dünya
918
2015-ci ildə Suriyada Əsəd rejiminin hücumu nəticəsində yaralanaraq əlil olan 18 yaşlı Humuslu Abdullah, Türkiyənin Səhiyyə Nazirliyi və Türk Qızıl Ayparanın köməkliyilə müalicə aldığı Bab xəstəxanasında sağlamlığına qovuşmağa başlayıb.
Anadolu Agentliyi Abdullahın hekayəsini eşitdirdikdən dərhal sonra Türk Qızıl Aypara qrupları əlil gəncə ulaşaraq onun müalicəsi üçün işlərə başlamışdı.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə Bab xəstəxanasında müalicəyə müsbət reaksiya verən Abdullah, 3 həftə əvvəl xərəklə gətirildiyi xəstəxanadan özü hərəkət edərək ayrılıb.
Xəstəxanaya gətirilən zaman təxminən 35 kilo olan Abdullah, bu müddət ərzində uyğun qidalanma proqramı ilə 45 kiloya qədər kökəldi.
Evinə dönən Abdullah, indi müalicəsinin ikinci mərhələsini fiziki müalicə üsulları ilə keçirəcək.
Müalicə zamanı oğulunun yanından heç ayrılmayan atası Sadettin Ebu el-Humsi jurnalistlərə bunları deyib:
"Oğulumun vəziyyəti çox pis idi. Allah qarşımıza türkləri çıxardı. Oğulumun müalicəsini öhdələrinə götürdülər. Çox şükr oğulum artıq hərəkət edir, yemək yeyir".
Xoşbəxtliyi gözlərindən oxunan ata Türkiyəyə, həkimlərə və əməyi keçən hər kəsə çox təşəkkür edib.
Abdullahın müalicəsini aparan Dr. Faysal Ebu Abd, xəstəxanaya ilk gətirilən zaman xəstənin vəziyyətinin çox ağır olduğunu bildirib:
- Böyrəklərində və ağciyərlərində problemlər vardı. Qidalanması qeyri - kafi idi. Gündə 20-30 dəfə özündən gedirdi. Xəstənin ətrafla da ünsiyyəti yox idi. Buraya gələr, gəlməz rentgendən aparatından keçirdik və təhlillər aparıldı. Fiziki müalicə kurslarına başladıq. Xəstəyə uyğun qidalanma proqramı tətbiq edildi. Böyrəklərindəki narahatlığın və infeksiyanın müalicəsinə başladıq. Hərəkətini asanlaşdırmaq üçün bəzi xüsusi cihazlarla da ona dəstək verdik. Xəstə indi tək başına yemək yeyə bilir. Xəstənin vəziyyəti çox yaxşıdır.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual