Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb

Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd edək ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 23:08 dəqiqədə qeydə alınan zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 59 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub.