Yaponiyada hakim Liberal Demokrat Partiyasınınnin lideri Sanae Takaçi erkən ümumi seçkidən sonra parlamentdə keçirilən səsvermədə 464 deputatdan 354-nün dəstəyini alaraq ölkənin 105-ci baş naziri seçilib.
Sherg.az xəbər verir ki, Müxalif "Constitutional Reform Alliance"nin lideri Oqava Cunya isə 50 səs toplayıb. LDP parlamentdə 316 mandat qazanaraq üçdə iki çoxluğu təmin edib ki, bu da qanunların qəbulu və konstitusiya dəyişiklikləri üçün həlledici üstünlük sayılır.
Takaçi kimdir?
1961-ci ildə Nara prefekturasında doğulan 64 yaşlı Takaçi Kobe Universitetinin məzunudur. Siyasi fəaliyyətə 1993-cü ildə başlayıb və sonradan LDP-yə qoşulub. Müxtəlif dövrlərdə daxili işlər, kommunikasiya, elm və texnologiya, eləcə də iqtisadi təhlükəsizlik naziri vəzifələrində çalışıb.
Marqaret Tetçerə heyranlığı ilə tanınan və “Yaponiyanın Dəmir ledisi” adlandırılan Takaçi 2025-ci ildə ölkənin ilk qadın baş naziri olmuşdu. 30 ildən artıq siyasi karyerasında 10 dəfə parlamentə seçilib.