Yaşar Gülər Suriyadakı kürd qüvvələrindən silahı yerə qoymağı tələb etdi

Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​çərşənbə axşamı bütün kürd silahlı qruplarından silahı yerə qoymağı tələb edib.

Teleqraf xəbər verir ki, Gülər ​​Ankarada çıxışı zamanı PKK və ona bağlı bütün qrupları Suriya da daxil olmaqla, mövcud olduqları ərazilərdə hər cür terror fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.

"Başda PKK, PYD, YPG və "Suriya Demokratik Qüvvələri" (SDQ) olmaqla heç bir terror təşkilatının bölgədə kök salmasına imkan verilməyəcək. Prezidentimizin liderliyi altında "Terrorsuz Türkiyə" prosesi başlayıb və bu prosesin uğurla davam etdirilməsini arzulayırıq" , - nazir qeyd edib.