İspaniyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyulacaq.
APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez danışıb.
O, digər Avropa ölkələrini də eyni addımı atmağa çağırıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında Avstraliya 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən ilk ölkə olub. Fransada da 15 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir.