
Yaxın perspektivdə PKK terror təşkilatının özünü buraxması rəsmən elan edilə bilər -PROQNOZ
Yusif Nəzərli
03:51 07.01.2025
Dünya
434
Türkiyə rəhbərliyi əsas hədəfə yaxınlaşır
“Danışıqlar baş tutarsa, Öcalan PKK-ya "silahı yerə qoy" çağırışı edəcək və terror təşkilatına son verildiyini açıqlayacaq”
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ötən ilin oktyabrında hazırda İmralı adasında ömürlük məhkum həyatı yaşayan terroçubaşı A.Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırmışdı. Baxçalının fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baxçalının bu təklifini dəstəkləmişdi. Türkiyəli jurnalist Mehmet Acet də bildirmişdi ki, Abdullah Öcalan PKK terror təşkilatını ləğv etməyə və ya buraxmağa hazırdır. Onun sözlərinə görə, Öcalan bununla bağlı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya müsbət cavab göndərib: “DEM Partiyasının millət vəkilləri Sırrı Sürəyya Öndər və Pərvin Buldan dekabrın 28-də İmralıda (həbxanada) 6 saatlıq görüşdən sonra Abdullah Öcalanın 7 maddəlik bəyanatını ictimaiyyətə açıqlayıb. Öcalanın bu iki mesajı diqqət çəkir: “Cənab Baxçalı və cənab Ərdoğan tərəfindən gücləndirilmiş yeni paradiqmaya lazımi müsbət töhfə vermək səlahiyyəti və qətiyyətinə sahibəm. Nümayəndə heyəti bu yanaşmanı həm dövlət, həm də siyasi dairələrlə bölüşəcək. Bunların işığında mən lazımi müsbət addımı atmağa və çağırış etməyə hazıram”. Öcalan “çağırış” dedikdə, Baxçalının oktyabrın 22-dəki çağırışını nəzərdə tutur.
Qeyd edək ki, Abdullah Öcalanla görüşən DEM Partiyasının deputatları Pərvin Buldan, Sırrı Sürəyya Öndər və Əhməd Türk Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Efkan Ala, AKP-nin parlament fraksiyasının sədri Abdullah Gülər və partiyanın sözçüsü Ömər Çelik ilə bir araya gələcək. DEM heyəti həftə ərzində Gələcək, Səadət, Deva və Yenidən Rifah partiyalarının sədrləri ilə də görüşəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da terrorçuların ya silahları yerə qoymaq, ya da ölməkdən başqa seçimlərinin olmadığını qeyd edib. Bildirib ki, qarşıdakı dövrdə terrorla mübarizə üçün qəti addımlar atılacaq. Türkiyənin xarici işlər naziri Hakan Fidan da deyib ki, PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır: “Biz terror təşkilatı PKK/YPG-nin mövcud vəziyyətdən sui-istifadə etməməsi, silahı yerə qoyması və yeni idarəçiliyə qoşulması barədə müzakirələr apardıq”. Türkiyə XİN rəhbəri qeyd edib ki, PKK/YPG-nin varlığının aradan qaldırılması an məsələsidir: “PKK/YPG terror qruplaşması Suriyada silahlarını mümkün qədər tez yerə qoymalıdır”. Hakan Fidan onu da qeyd edib ki, Qərb kəşfiyyat təşkilatları region ölkələrinin təhlükəsizliyini pozmaq üçün terror təşkilatlarına sızırlar.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Türkiyədə yenidən "kürd açılımı" siyasətinə start verilib. Ekspertin sözlərinə görə, Türkiyə rəhbərliyi PKK terror təşkilatına son verməyi, Türkiyənin tam təhlükəsizliyini təmin etməyi hədəfləyir:

"Türkiyə prezidenti bu prosesi MHP lideri D.Baxçalı vasitəsilə həyata keçirir. İmralı həbsxanasında cəza çəkən PKK terror təşkilatının lideri A.Öcalanla danışıqlar aparılıb. Kürdlərin DEM Partiyası rəhbərliyi MHP lideri ilə görüşlər keçirdi. Demək olar ki, proses müsbət istiqamətdə davam edir. Danışıqlar baş tutarsa, Öcalan PKK-ya "silahı yerə qoy" çağırışı edəcək və terror təşkilatına son verildiyini açıqlayacaq".
Ekspertin fikrincə, Türkiyə rəhbərliyinin yeni açılım siyasəti müsbət nəticə verə bilər:
"Regional və beynəlxalq şərtlər dəyişib. Türkiyə kifayət qədər güclənib. PKK terror təşkilatına daxildə və sərhəddən kənarda zərbələr vurulub. Türkiyənin cənub-şərqi PKK silahlı üzvlərindən təmizlənib. İraqın regional Kürd Muxtariyyəti PKK-nı təhlükə saydığı üçün Türkiyə ilə eyni siyasi görüşdədir. Ankara və Bağdad PKK-ya qarşı ortaq hərəkətdə razılaşıb. Suriyada Türkiyə qalib gəlib. Dəməşq hökuməti PKK-YPG qüvvələrinə silahı yerə qoymaq çağırışı edib. Suriyada və İraqda PKK zəiflədilib. Beynəlxalq şərtlər də dəyişib. Donald Trampın ABŞ-də prezident seçilməsi Vaşinqtonun PKK siyasətini dəyişib. Avropa ölkələrinin diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib. Yaxın perspektivdə Türkiyədə 40 ildir fəaliyyət göstərən PKK terror təşkilatının özünü buraxması rəsmən elan edilə bilər. Proses həssasdır və çox güman ki, PKK daxilində müqavimət göstərən mərkəzlər olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurub
18:42 19.10.2026
Hadisə
Dövlət əleyhinə çağırışlar yayan bu 7 nəfər axtarışa verildi
18:31 19.10.2026
Gündəm
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm