Yaxın Şərqdə qırılma nöqtəsi: İran həm Çinlə, həm də Qərblə flört etdi -Abdullah Ağar
10:00 23.06.2025
Dünya
384
“Bu gün Yaxın Şərqdə baş verən müharibələr təkcə cəbhədə deyil. Bu mübarizə həm də insanların düşüncəsində, anlayışlarında, verdiyi qərarlarda və inanc sistemlərində gedir. Sözügedən proses Türkiyə üçün tarixi əhəmiyyət daşıyan bir dönüm nöqtəsinə çevrilir”
Bu fikirləri Sherg.az-a açıqlamasında türkiyəli hərbçi və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar bildirib.
O bildirib ki, ilk növbədə Yaxın Şərqin “İsrailli” dövrlərinə qısa xronologiya nəzər yetirməkdə fayda var:
“1-ci dövr Ərəb ölkələrinin birlikdə hərəkət edərək bölgədə söz sahibi olmağa çalışırdığı 1950-1970-ci illərdir. O dövrdə İsrail, İran və Türkiyə bir blok kimi ərəb ittifaqlarına qarşı dururdu. 1967 və 1973-cü illərdəki Ərəb–İsrail müharibələri bu dövrə aiddir. Hətta İraq lideri Səddam Hüseyn İranla müharibə edərkən, İsrail Qərbin dəstəyiylə İrana hərbi və kəşfiyyat dəstəyi verirdi. 2-ci dövr İranın gücləndiyi dövrə təsadüf edir. Körfəz Müharibəsi və İraqın işğalı ilə yanaşı, İranın təsir dairəsi genişləndi. Bu dəfə İsrail və bəzi ərəb ölkələri İranın qarşısında eyni mövqedə dayandı. Türkiyə isə neytral mövqedə, tarazlıq yaradan tərəf kimi çıxış etdi. Hazırda İsrail bölgədə yenidən güc mərkəzi olmaq istəyir. Amma bu mübarizə təkcə İsrail və İran arasında deyil. Bu prosesin arxasında Amerika Birləşmiş Ştatları (ABŞ) və Çin kimi böyük güclərin rəqabəti də var. Yəni bu həm də Avrasiya və Atlantik blokları arasında yeni ittifaqların qurulması dövrüdür. Ortaya sual çıxır ki, müharibədən sonra ittifaqlar necə formalaşacaq?
ABŞ bu müharibəyə birbaşa qarışmadan, bölgədə “nəzarətli xaos” yaratmaqla Yaxın Şərqi yenidən formalaşdırmaq istəyir.
İran isə bu planlara “İslam gücü və birliyi” ilə cavab verir. Hər iki tərəf nə istədiyini bilir, amma keçmişdə etdiklərini unutmuş kimi davranaraq hədəflərinə çatmağa çalışırlar. Bu vəziyyətdə Türkiyənin mövqeyi çox vacibdir. Çünki bu, sadəcə siyasi deyil, həm də dini, mezhebi, mənəvi və strateji bir qərardır. Təzyiqlər, manipulyasiyalar, hədələr, maraqların toqquşması ilə dolu bir vəziyyətdir. Əslində ən həlledici amil gücdür. Bu, sadəcə ordunun, silahın çoxluğu demək deyil. Burada əsas məsələ kimin daha ağıllı qərar verdiyi, kimin düşüncə və qərar mexanizmlərini idarə etdiyi, kimin inanc və anlayışlar üzərindən cəmiyyətləri yönləndirdiyidir. Əsl güc fiziki silahdan çox, ağlın və zamanlamanın gücüdür. Türkiyə bu qarışıqlıq içində insanlığa və Yaxın Şərqə yeni bir baxış, yeni bir sistem, yeni bir ümid təqdim edə biləcəkmi? Əgər ölkə daxilində milli birlik və inanc gücü qurulmazsa, xaricə də nüfuz etmək mümkün olmayacaq. Əgər qərarvericilər hadisələrə yalnız şəxsi və siyasi maraqları ilə baxarlarsa, bu, çox təhlükəlidir. Yəni “razıya talip olmayan dünyaya mahkum olur”.
Ekspert deyib ki, İranın buraxdığı geosiyasi səhvdə isə böyük dərs var:
“İran bir yandan qazanclı olacağını deyərək “anti-qərbçiliyini” xüsusilə Çinə və Avrasiyaya satmağa çalışdı, digər tərəfdən də Qərbə göz vurdu. Bu, dərin ziddiyyət idi və nəticə hər iki tərəfdə dərin inamsızlıq oldu. İsrailin F-16i Sufa, F-35i Adir və F-15i Raam kimi xüsusi təyyarələrinə qarşı İranın nə özünəməxsus təyyarələri, nə də bir dənə belə Rusiya istehsalı Su-35, Çin J-10CE və ya Çin-Pakistan CF-17 Thunder tipli müasir döyüş təyyarəsi. İran həm Çinlə, həm də Qərblə flört etdi. Lakin İranın xarici siyasəti əslində daxili siyasəti və molla mövqelərini gücləndirməyə yönəlmişdi. Belə ki, anti-Qərb şövqü ilə rejimi, molla maraqlarını və ehkamını daxildə qorumaq istədi. Çinə yaxınlığı ilə mühasirəni yarmaq üçün bir strategiya istehsal etməyə çalışırdı. Bu isə işə yaramadı. Qəzzada başlayan qırılma indi İrana da çatıb. Görünən odur ki, bu qırılma İranda bitməyəcək. Nəhayət, Yaxın Şərqdəki böyük müharibə yalnız ərazi, resurslar və ya dəhlizlərin müharibəsi deyil. Bu, ağılın, anlayışın, insanlığın və həqiqət axtarışının müharibəsidir. Bu müharibədə Türkiyənin təkcə coğrafi deyil, həm də mental mövqeyi çox kritikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət