Yəhudilər uyğurlara qarşı soyqırımı pisləyirlər - AKTUAL
Fidan Həmişəyeva
14:07 29.01.2021
Dünya
747
İngiltərənin “Guradian” qəzetinin yazdığına görə, Çində uyğurların zülmə və zorakılığa məruza qalması Vaşinqtonla yanaşı Londonu da ciddi narahat edir. ABŞ Konqresi uyğurlarla bağlı Çinə qarşı sərt sanksiyalar qəbul edib.
Məslə ilə bağlı “Sherg.az”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Amerikanın keçmiş rəhbəri Donald Tramp prezidentliyinin son günündə Çinə qarşı növbəti sanksiyalar tətbiq edib:
“Keçmiş dövlət katibi Mayk Pompeo da vəzifəsinin son günündə uyğurlarla bağlı Pekini sərt tənqid etmişdi. Ağ Evə yeni yiyələnən Cozef Baydenin də Çinə siyasətinin dəyişməyəcəyi bildirilir. Məsələn, ABŞ-ın yeni dövlət katibi Entoni Bilnkin də Pompeo kimi Çinin uyğurlara qarşı yürütdüyü siyasəti sərt tənqid edib: “Çində uyğurlara qarşı soyqırım həyata keçirilir”.
London da uyğur mövzusuna həssas yanaşır. Məsələn, Çində “əmək düşərgələrində” zorla saxlanılan uyğurların əməyindən istifadə edən şirkətlərə qarşı sanksiyalar tətbiq edilir. Bu haqda Böyük Britaniyanın parlamentinin qərarı var.
Böyük Britaniyanın yəhudi təşkilatları yanvarın 27-i Holokost günü kimi qeyd ediblər. Böyük Britaniyanın yəhudi təşkilatları həmin gün yalnız yəhudilərin soyqırımı haqqında deyil, uyğurların da soyqırımla üzləşdiklərini bildiriblər. “Guardian” yayınlanan məqalədə yazılır ki, yəhulər özlərinin mənəvi borcu biliblər ki, dünyanın diqqətini uyğruların üzləşdiyi problemə yönəltsinlər. Böyük Britaniya yəhudiləri təşkilatının rəhbəri Böyük Britaniya baş nazirinə yazdığı məktubda bunları söyləyib: “Digər olayların Holokostla müqayisəsinə tənqidi yanaşırıq. Ancaq bu gün Çində baş verənlər 1930 və 1940-cı illərdə faşist Almaniyasında yəhdilərə qarşı törədilən zorakılıqlara bəznəyir. Buna görə bizə baş nazir Boris Consona çağırış edirik ki, Çinin uyğrulara qarşı etdiyi zülmə səssiz qalmasın, bunu qarşısını almaq üçün tədbirlər görsün” ”.
E.Şahinoğlunun sözlərinə görə, dünyadakı yəhudi icmaları da uyğurlara qarşı zülmə səssiz qalmamağa üstünlük veriblər:
“Pekin uzun illər belə bir siyasət yürüdüb ki, guya uyğurlar radikaldırlar və terrorçu təşkilatlar yaradıblar, Suriya və Liviyada savaşırlar. Əlbəttə, uyğurlar içərisində radikallar var və terrorçu qruplara qoşulanlara rast gəlinilir. Ancaq uyğurların mütləq əksəriyyəti normal yaşamaq, öz dilində danışmaq və ibadət etmək istəyir. Pekin uyğurları bundan məhrum olunub. Odur ki, Qərb dövlətləri artıq Pekinin “terrorçu uyğurlar” siyasətinə aldanmır və uyğurlar üçün ədalət tələb edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat