Yəməndə hökumət qüvvələri ilə husilər arasında şiddətlənən toqquşmalar nəticəsində avqust ayından bəri təxminən 313 min nəfər evini tərk etmək məcburiyyətində qalıb.
Sherg.az xəbər verir ki, BMT-nin məlumatına görə, döyüşlərdə 69 mülki şəxs ölüb, 212 nəfər yaralanıb. Ölən və yaralananların üçdə birindən çoxunu uşaqlar təşkil edir.
Toqquşmalar xüsusilə Taiz və ətraf ərazilərdə intensivləşib. Ölkədə 18,3 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşir, 5 yaşadək 2,2 milyon uşaq isə qida çatışmazlığından əziyyət çəkir.
BMT-nin məlumatına görə, ümumilikdə Yəməndə 21 milyondan çox insan humanitar yardıma ehtiyac duyur.