Berlin polisi Yeni il gecəsi təxminən 430 nəfəri saxlayıb və 35 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
APA xəbər verir ki, bu barədə Berlin polisinin yaydığı hesabatda bildirilir.
İki zabitin xəstəxanaya yerləşdirilməsi tələb olunub. Yaralanan 35 nəfərdən 22-si atəşfəşanlıq nəticəsində xəsarət alıb.
Həmçinin bildirilib ki, Yeni il gecəsi paytaxtda təhlükəsizliyi təmin etmək üçün digər Almaniya əyalətlərinin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, təxminən 3200 əlavə polis əməkdaşı da cəlb edilib.
Bundan əlavə, polis əsasən silah və partlayıcı maddələr haqqında qanunların pozulması, hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum, həbsə müqavimət, yanğın törədilməsi, bədən xəsarəti yetirilməsi və asayişi pozma kimi maddələr üzrə təxminən 800 ilkin istintaqın başlandığını vurğulayıb.