YPG terror təşkilatı Suriyanın şimal-şərqində yerləşən Haseke əyalətinin Sefa kəndinə basqın edərək atəşkəsi pozub və mülki şəxslərə xəsarət yetirib.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-İxbariyyə" dövlət televiziya kanalı məlumat verib.
Bildirilir ki, terror təşkilatı mülki şəxsləri hədəfə alıb və çoxlu sayda insanı yaralayıb.
Yerli sakinlər Suriya ordusunu müdaxilə etməyə çağırıblar.
Həmçinin Hələbin Ayn əl-Ərəb (Kobani) rayonunda toqquşmalar baş verib.