“Həbs edilməyimin qarşısını almaq üçün tərəfdarlarımın təxminən 760 min dollarlıq girov məbləğini tam şəkildə toplaya biləcəklərinə əmin deyil”.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın müxalif “Batkivşina” partiyasının sədri Yuliya Timoşenko jurnalistlərə deyib.
“Doğrusu, bu dəqiqə üçün bilmirəm. Sabah xüsusi mətbuat konfransı keçirəcəyik ki, nəyin mümkün olduğu, nəyin olmadığını açıqlayaq”, - müxalifət lideri vurğulayıb.
Kiyev məhkəməsi yanvarın 16-da “Batkivşina” partiyasının sədrinə qarşı qətimkan tədbiri kimi 33,3 milyon qrivna (təxminən 760 min dollar) həcmində girov təyin edib.
Ukrayna Korrupsiyaya qarşı Mübarizə Bürosu yanvarın 14-də Yuliya Timoşenkonun ofisində axtarış aparıb. O, qanun layihələri üzrə səsvermə üçün Ali Rada deputatlarına rüşvət verməkdə ittiham olunur.