Yunanistan Xarici İşlər Naziri Yorgos Yerapetritis, Baş nazir Miçotakis ilə Türkiyə səfəri və Prezident Ərdoğanla görüşdən sonra açıqlama verib.
Sherg.az-ın məlumatına görə, o bildirib ki, iki ölkə arasında dialoq və etimad tədbirləri sayəsində funksional yaxşı qonşuluq inkişaf edir, çətin məsələlər üçün müzakirə çərçivəsi hələ formalaşmasa da, hər iki lider normallaşma və əməkdaşlıq niyyətindədir.
“Bunu biz etməsək, kim edər?” - deyə Yerapetritis vurğulayıb.