Zaxarova: Qərb Belarusda revanşa hazırlaşır

“Qərb ölkələri Belarusu Rusiyadan ayırmaq ambisiyalarından əl çəkməyiblər, bu məqsədlə Minskdə revanşa hazırlaşırlar”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Görünən budur ki, Qərb ölkələri hər cür vasitələrlə qardaş respublikanı Rusiyadan ayırmaq istəyirlər və revanş üçün fürsət gözləyirlər”, - o bildirib.

Zaxarova xatırladıb ki, 2020-ci ildə Qərb öz təsir agenturası vasitəsilə Belarusda növbəti rəngli inqilası təşkil etməyə cəhd edib: “Amma hakimiyyət və xalqın qətiyyəti, Ukrayna “Maydan”ından çıxardığı dərslər buna imkan vermədi”.