Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Xorli şəhərindəki kafeyə endirdiyi zərbələri Böyük Vətən Müharibəsi zamanı Belarusun Xatın kəndində baş verən faciə ilə müqayisə edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, ukraynalılardan fərqli olaraq, alman faşistləri "uşaqların qorunması və demokratiyaya sədaqət arxasında gizlənməyiblər". Diplomat həmçinin qeyd edib ki, faşistlər insanları yandırıb, sağ qalanları isə məhv ediblər.
Zaxarova vurğulayıb ki, bu gün "bu qəddar üslubu" mövcud Ukrayna hakimiyyətində görmək mümkündür.