Zaxarovadan Trampın Rusiya barədə sərt bəyanatlarına reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampın son vaxtlar Moskvaya qarşı səsləndirdiyi sərt bəyanatlarını “danışıqlar taktikası” adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə TASS-a bildirib.

“Mənə elə gəlir ki, bu, danışıqların aparılması üçün taktika, strategiya, siyasi manevrdir”, - diplomat qeyd edib.