Zelenski: Artıq ABŞ də Avropa və Ukraynaya qoşulub

“Rüstəm Umerov dünən komandamızın Fransada apardığı danışıqların nəticələri barədə məruzə edib. Faktiki olaraq, ABŞ Prezidenti ilə ən yüksək səviyyədə yekunlaşdırılmağa hazır olan, Ukrayna üçün təhlükəsizlik zəmanətlərini nəzərdə tutan ikitərəfli sənəd mövcuddur. Vacib məqam ondan ibarətdir ki, Ukrayna Avropa və Amerika komandaları ilə işi birləşdirməyə davam edir, bərpa və iqtisadi inkişafla bağlı sənədlər də birgə müzakirə olunub”.

Teleqraf xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Müharibənin başa çatdırılması üçün əsas çərçivəyə dair çətin məsələlər də müzakirə olunub, Ukrayna tərəfi bu sənədin yekunlaşdırılması üçün mümkün variantları təqdim edib. Anlayırıq ki, Amerika tərəfi Rusiya ilə də müzakirə aparacaq və təcavüzkarın müharibəni real şəkildə bitirməyə hazır olub-olmadığına dair geridönüş gözləyirik”, - dövlət başçısı bildirib.

Zelenski əlavə edib ki, aparılan danışıqlar Rusiya təzyiqlərin artırılması ilə müşayiət olunmalıdır:

“Gələcək təhlükəsizlik zəmanətlərinin real olması tərəfdaşların artıq bu mərhələdə təcavüzkara qarşı effektiv təzyiq göstərmək qabiliyyəti ilə sübut edilməlidir. Bu istiqamətdə tərəfdaşlarla yeni müvafiq görüşlər hazırlayırıq”.