Zelenski: Bu ölkə olmadan Putin heç nədir

Ukrayna Prezident Volodimir Zelenski Çini Rusiyaya dəstəyi dayandırmağa çağırıb.
Teleqraf xəbər verir ki, o, bunun Ukraynada müharibənin bitməsinə gətirib çıxaracağını bildirib.
“Çin Rusiyanın indi tamamilə asılı olduğu güclü dövlətdir. Çin bu müharibənin bitməsini istəyirsə, Rusiyanı buna məcbur edə bilər. Çünki Çinsiz Putin heç nədir”, - Zelenski bildirib.