Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinin Rusiya ilə danışıqlar aparmasına etiraz etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri "Bloomberg" agentliyinə müsahibəsində danışıb.
V.Zelenski Rusiya tərəfinin danışıqlara ciddi yanaşmalı olduğunu vurğulayıb:
"Mən Avropanın Rusiya ilə danışıqlar aparmasına qarşı deyiləm, xüsusən də ABŞ-nin təzyiqinin artdığı və Avropanın təhlükəsizlik zəmanətləri barədə danışmağa başladığı bir vaxtda”.
Zelenski həmçinin sülh razılaşmasının yekun mərhələsinin yaxınlaşdığını desə də, prosesin necə başa çatacağının hələ də qeyri-müəyyən olduğunu qeyd edib.