“Ukrayna nümayəndə heyəti Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli işçi qrupunun ilk iclasında münaqişənin sona çatması üçün parametrləri müzakirə edib, lakin nəticə çıxarmaq üçün hələ tezdir”.
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında açıqlayıb.
"Artıq müzakirə aparılıb. Qeyd etmək vacibdir ki, bu cür üçtərəfli formatlar uzun müddətdir ki, keçirilməyib. Onlar müharibənin sona çatması üçün parametrlərdən danışırlar. Bu gün danışıqların məzmunu ilə bağlı nəticə çıxarmaq üçün hələ tezdir. Görək sabah söhbət necə gedəcək və nəticələr necə olacaq", - o bildirib.